Səttar Mehbalıyev: \"Dövlət mənzil növbəsində duranlara torpaq sahəsi ayrılmasını üzərinə götürüb\" - AÇIQLAMA

Səttar Mehbalıyev: \"Dövlət mənzil növbəsində duranlara torpaq sahəsi ayrılmasını üzərinə götürüb\" - AÇIQLAMA

Hazırda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) 1 milyon 650 mindən çox üzvü var. SİA-nın məlumatına görə, bunu AHİK sədri Səttar Mehbalıyev bildirib.


Onun sözlərinə görə, Azərbaycan hökuməti, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyası (ASK) və AHİK arasında baş kollektiv saziş imzalanıb: \"Bu sazişdə bir sıra KİV-də yayılan məlumatların əksi olaraq həmkarlar təşkilatına üzv olan insanlara torpaq sahələrinin ayrılması məsələsi salınmayıb. Lakin bir maddədə göstərilib ki, dövlətdə mənzil növbəsində duran insanlara mənzil problemlərini həll etməsi üçün müvafiq torpaq sahəsi ayrılsın. Bunu da dövlət üzərinə götürüb və hazırda işlər aparılır\".


S.Mehbalıyev bildirib ki, AHİK-ə üzvlük haqqı əmək haqqının 2%-ni təşkil edir ki, bu da dünya ölkələri ilə müqayisədə aşağı göstəricidir. Dünyada bu, 6-7%-dir.

Bütün xəbərlər Facebook səhifəmizdə