“Elm haqqında” qanun layihəsi bu ayın sonuna kimi müzakirə ediləcək
"Prezidentin fərmanları müzakirə olunmur, yerinə yetirilir. Biz hələ "Təhsil haqqında" qanunu hazırlayanda vahid dövlət imtahanının olmasını yazmışdıq. Mən hesab edirəm ki, bu fərmanla artıq həmin vəzifənin yerinə yetirilməsi baş tutacaq".
SİA-nın verdiyi xəbərə görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev ölkə prezidentinin fərmanına əsasən, orta məktəblərdə mərkəzləşmiş buraxılış imtahanlarının keçirilməsinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına həvalə edilməsi barədə fərmanına münasibət bildirərkən qeyd edib.
Ş. Hacıyev bildirib ki, orta məktəbi bitirən abituriyentlər iki dəfə imtahana girmək stresindən azad olacaq: " Əlbəttə, bir imtahanın olması Azərbaycan üçün daha məqbuldur".
Komitə sədri eyni zamanda "Elm haqqında" qanun layihəsinin bu ayın sonuna kimi komitənin müzakirəsinə çıxarılacağını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB