FHN-nin Dövlət Yanğın Nəzarəti xidməti bölgələrdə maarifləndirici tədbir keçirib
FHN-nin Dövlət Yanğın Nəzarəti xidməti bölgələrdə dənli və texniki bitkilərin yanğın təhlükəsizliyini təmin etmək məqsədilə maarifləndirici tədbir keçirib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Yevlax, Ucar və Ağdam rayonlarından fermerlərin iştirak etdiyi tədbirə Fövqaladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, o cümlədən Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları da qatılıb.
Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti xidməti Yevlax, Ucar və Ağdam rayonlarında dənli və texniki bitkilərin yanğın təhlükəsizliyini təmin etmək məqsədilə qabaqlayıcı tədbirlər həyata keçirtmək məqsədilə fermerlər və sahibkarlarla görüş keçiriblər. Səyyar görüşlər zamanı yanğın təhlükəsizliyinin daha da etibarlı təmin olunması istiqamətində fermerlər maarifləndirilib. Tədbirdə qarşıdan gələn mövsümdə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanılması və emalı dövründə yanğın təhlükəsizliyinin təmin olunması üçün qarşıda duran vəzifələr əsas müzakirə mövzusu olub.
Rayon İcra Hakimiyyəti və bələdiyyələr, fermer təsarüfatları nümayəndələrinin iştirak etdiyi səyyar müşavirədə kənd təssərüfatı texnikalarına, elektirik təssərüfatına, təssərüfat rəhbərləri tərəfindən müvafiq texniki işçilərin təlimatlandırılması, texnikaların ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunması, texnikaların təchiz edildiyi yanğınsöndürmə vasitələrinin yararlığı yoxlanılıb və mexanizatorlara izah edilib.
Səyyar müşavirədə bölgələrdə fəaliyyət göstərən "Aqrolizinq" -lərin təchizat bazalarında olan texnikalara baxış keçirilib və burada olan texnikalardan istifadə edən fermerlərə yanğına qarşı təlim keçirilib və tövsiyələr verilib.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB