Uzun illərdir ki, Ağcabədidə qəzalı vəziyyətə olan məktəb binaları yenisi ilə əvəz edilir. Dövlət Proqramı çərçivəsində rayonda bu il ilk dəfə olaraq 4 yeni məktəb binası tikilir. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, məktəblərdən biri şəhərdə, digər üçü isə kəndlərdə inşa edilir.
Müasir standartlara uyğun tikilən məktəblərdə fənn kabinələri, laboratoriya otaqları, idman zalı fəaliyyət göstərəcək. Yeni tikilən məktəblərin həmçinin genişzolaqlı internet şəbəkəsinə qoşulması nəzərdə tutulub.
Qeyd edək ki, bu il rayonda əlavə olaraq bir neçə məktəb binasının tikilməsi planlaşdırılıb. Yaxın vaxtlarda daha 7 kəndə qəzalı vəziyyətdə olan məktəblər üçün yeni binalar tikiləcək.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB