Erməni vəhşiliklərini əks etdirən fotoşəkillərdən ibarət sərgi təşkil edildi
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, "Gənclərin Töhfəsi" İctimai Birliyi və "Kreativ Gənclər" İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Gerçəyin özü" adlı layihə çərçivəsində erməni vəhşiliklərini əks etdirən fotoşəkillərdən ibarət sərgi təşkil edilib. "Gənclərin Töhfəsi" İctimai Birliyindən SİA-ya verilən xəbərə görə, sərginin məqsədi ölkəmizə qarşı yönələn erməni millətçilərinin məkirli, açıq düşmənçilik siyasətini, eyni zamanda bizlərə qarşı törədilmiş ən qanlı cinayətlərin, terror və soyqırımların bütün dünya ictimaiyyətinə çatdırılmasıdır. Bununla bərabər ermənilərin bu ağlasığmaz cinayətlərin müəllifləri olmalarına baxmayaraq dünyada uydurma \"soyqırım\"a məruz qalmış xalq imicinin yaradılmasının və bunun bizlərə qarşı məqsədyönlü təzyiq vasitəsi kimi istifadə etmələrinin qarşısının alınmasıdır.
Tədbirdə Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov, Abşeron rəsm qalereyasının direktoru Eldəniz İbrahimov, TÜSAİB-ın baş katibinin köməkçisi Səməd Hacıyev, "Gənclərin Töhfəsi" İctimai Birliyinin sədri Asim Vəliyev, "Kreativ Gənclər" İctimai Birliyinin sədri İsmayıl İsmayılov, bir çox tələbə və şagirdlər iştirak edirdi. 3 gün davam edəcək sərgidə erməni vəhşiliklərini əks etdirən 70-ə yaxın foto nümayış etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB