Berlində “Eurovision” mahnı müsabiqəsi müzakirə ediləcək

Berlində “Eurovision” mahnı müsabiqəsi müzakirə ediləcək

Milli Məclisin deputatları Rövşən Rzayev və Aydın Abbasov aprelin 26-da Berlin şəhərinə yola düşəcəklər. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, deputatlar Almaniya Bundestaqında bu ölkənin Qeyri-hökumət təşkilatlarının və Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri ilə görüş keçirəcəklər.

Görüşdə cari ilin may ayında ölkədə keçiriləcək "Eurovision" mahnı müsabiqəsi ərəfəsində görülən işlər, Azərbaycan həqiqətləri və bəzi qüvvələrin ölkəmizə qarşı qarayaxma kampaniyası barədə faktlar QHT və KİV nümayəndələrinin diqqətinə çatdırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə