Millət vəkilləri Azərbaycan-ABŞ münasibətlərinin 20 illiyinə həsr olunan tədbirlərdə iştirak edir

Millət vəkilləri Azərbaycan-ABŞ münasibətlərinin 20 illiyinə həsr olunan tədbirlərdə iştirak edir

Milli Məclisin deputatları Azərbaycan-ABŞ münasibətlərinin 20 illiyinə həsr olunan tədbirlərdə iştirak etmək üçün aprelin 25-dən 27-dək Vaşinqtonda səfərdə olacaqlar. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, tədbirdə Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov, Sevinc Fətəliyeva, Asim Mollazadə, Ceyhun Osmanlı və Cavanşir Paşazadə iştirak edəcək.

Vaşinqtonda 30-dək senator və konqresmenin iştirakı ilə keçiriləcək "Azərbaycan-ABŞ əlaqələrinin 20 illiyi: nailiyyətlər və perspektivlər" adlı konfransda 20 il uğurlu əməkdaşlıq təcrübəsi: gələcəyə baxış, Tərəfdaşlığımızın əsas istiqamətləri: Xəzər hövzəsində enerji və təhlükəsizlik və digər mövzularda fikir mübadiləsi aparılacaq. Tədbirdə nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və Asim Mollazadə çıxış edəcək, qarşılıqlı münasibətlərin inkişaf yoluna nəzər salacaqlar.

Mayın 1-də və 3-də isə deputat Asim Mollazadə İllinoys və Luiziana ştatlarında olacaq, burada Azərbaycan-ABŞ əlaqələrinin 20 illiyinə həsr olunan tədbirlərə qatılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə