MDB ölkələrinin baş nazirləri bir araya gələcək

MDB ölkələrinin baş nazirləri bir araya gələcək

Yaltada MDB hökumət başçıları Şurasının iclası keçiriləcək


Bu il sentyabrın sonunda Yaltada MDB hökumət başçıları Şurasının növbəti iclası olacaq. Bu barədə Kiyevdə keçirilmiş brifinqdə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Aleksandr Dikusarov məlumat verib.


O qeyd edib ki, 2012-ci il sentyabrın sonunda Yalta şəhərində MDB hökumət başçıları Şurasının növbəti iclası ilə yanaşı, MDB-nin iştirakçısı olan dövlətlərin "Yalta işgüzar görüşləri" biznes forumu keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə