Firudin Cümşüdlü: \"Vaxtilə türkləri xəndəklərdə basdıran ermənilər indi soyqırımından danışırlar\" MÜSAHİBƏ (Səs TV)
Bu gün qondarma "erməni soyqırımı"-dan 97 il ötür. Ermənilər tarix boyu öz hiyləgərlikləri ilə dünya ölkələrini öz yalanlarına inandırmağa çalışıblar. Yalnız özlərinin inandıqları bu iddiaların tarixi faktlara söykənməməsidünyanın əksər ölkələrini ehtiyatlı davranmağa, yalanlara uymamağa sövq edir. Qondarma "erməni soyqırımı\"nın pərdəarxası oyunları, tarixi həqiqətlər barədə tarix elmləri namizədi Firudin Cümşüdlü Səs TV-yə müsahibəsində danışıb.
- Ermənilərin "erməni soyqırımı" barədə yalanlarının arxasında nə dayanır? Bu tarixi necə təhlil edərdiniz?
- Ermənilərin bu qondarma soyqırımı ilə bağlı illər boyu dedikləri, heç bir əsası olmayan yalanlardır. Bu hamımıza məlumdur ki, tarixən öz hiyləgərlikləri ilə seçilən ermənilər hər zaman öz uydurduqları yalana özləri inanıblar. Birinci Dünya müharibəsi başlanan zamanı 1914-1918-ci illərdə ruslarla türklər arasında gedən döyüşlərdə rus ordusu Sarıqamış əməliyyatında türkləri böyük qüvvə ilə məğlub etdi. Bundan sonra isə rus ordusunun türk ərazilərinə yeridilməsi əməliyyatına başlandı. Bu zaman həmin ərazidə içlərində bir sıra quldur dəstələrinin də fəaliyyət göstərdiyi ermənilər də yaşayırdı. Onlar Türkiyə ərazilərində yaşamalarına baxmayaraq öz xislətlərinə uyğun formada xəyanətkarlıq edərək rus ordusuna xidmət edir və türklər haqqında məlumat ötürürdülər. 1915-ci ildən başlayaraq ermənilər türklərin torpaqlarında ruslarla əlbir olaraq türk əsgərlərini yandırmağa, türk əhalisinə müxtəlif işgəncələr verməyə başladılar. Daha sonra rus əsgərləri ilə birgə Bakıya qayıdan 20 minə yaxın erməni əsgəri burada yerləşdirildi, yeməklə, geyimlə təmin edildi. Ermənilərlə yanaşı, geyinməyə paltar belə tapa bilməyən erməni əsgərləri də Bakıya gətirildi. Daha sonra isə 1918-ci ilin mart soyqırımında həmin erməni və rus əsgərləri Azərbaycana qarşı istifadə edildi. Ermənilər türklərin torpaqlarında yaşamalarına baxmayaraq, Sarıqamış əməliyyatında məğlub olan türklərə qarşı ruslarla birləşdilər və bununla da öz xəyanətkarlıqlarını bir daha nümayiş etdirmiş oldular. Onların türk əhalisinə tutduğu divanlar isə tarixi faktlardır. Bu hadisələrdə türklərin başlarını bədənlərindən ayıraraq xəndəklərdə basdıran ermənilər daha sonra bütün bu cinayətləri öz adlarına yönləndirdilər. Yəni, guya türklər ermənilərə qarşı soyqırımı törədiblər. Bununla da kifayətlənməyən ermənilər 1915-ci ildən başlayaraq dünya ölkələrinə bunu qəbul etdirməyə çalışdılar. Bildiyiniz kimi, Amerikada, Fransada, İtaliyada və bir sıra digər ölkələrdə erməni milyarderləri məskunlaşıb. Ona görə də, onlar heç özləri erməni dillərində tək bir söz belə bilməmələrinə baxmayaraq, öz xalqlarının tərəfini tutmağa hardasa məcburiyyət hiss edirlər.
- Firudin müəllim, dünyanın bir sıra ölkələrinin parlamentlərində qondarma erməni soyqırımı qəbul olunub. Maraqlıdır, bəs nəyə görə həmin ölkələrin millət vəkilləri, senatorları toplaşıb bu barədə bir araşdırma aparmırlar?
- Bilirsiniz, mən bunun ən əsas kökünü ikili standartlar dediyimiz siyasi terminlə əlaqələndirirəm. Burada da tarixən qarşılaşdığımız ikili standartlar siyasəti göz önündədir. Çünki tarixən xristiyanlardan müsəlmanlara qarşı istifadə edildiyi, hətta bir sıra səlib yürüşləri təşkil edildiyi də hamımıza məlumdur. Məsələn, bu dövlətlər arasında məhz Fransaya toxunsaq görərik ki, Fransada 500 minə yaxın erməni yaşayır. Bunların da əksəriyyəti varlı, milyarderlər və böyük biznes sahibləridir. Həmin o milyarderlər parlamentdəki təmsilçilərin bəzilərini pulla əla alır və onlardan lazımi qərarların verilməsində istifadə edirlər. Bəzi deputatlar Türkiyə haqda heç bir informasiyaya malik olmamasına baxmayaraq, ermənilərə qarşı soyqırımı törədildiyi fikrini dəstəkləyirlər. Bunlar hamısı pul gücünə atılan addımlardır. Ermənilərin pul gücünə apardıqları təbliğat, çap olunan kitablar və digər amillər onların tarixi faktlarını dəyişə bilməz. Dünyada 50-ə yaxın ölkədə qondarma erməni soyırımından bəhs edən kitablar və broşüralar çap edərək öz yalanlarına dünyanı da inandırmağa çalışan ermənilər bilməlidir ki, tarixi reallığı pulla satın almaq mümkün deyil. Bütün bu cür tədbirlərin həyata keçirilməsində, Türkiyə bayrağının müxtəlif mitinqlərdə yandırılması və digər hadisələrdə Rusiya da ermənilərə ciddi şəkildə şərait yaradır və köməklik göstərir.
- Firudin müəllim, sizcə əsl həqiqəti dünyaya çatdırmaq üçün nə etmək lazımdır?
- Bəli, bu çox önəmli və əhəmiyyətli hadisədir. Ona görə də, burada əsas məsuliyyət Türkiyənin də üzərinə düşür. Çünki diqqət etsəniz görərsiniz ki, artıq 97 ildir ki bu qondarma erməni soyqırımı məsələsi ermənilər tərəfindən müxtəlif imkanlarla gündəmə gətirilir. Lakin bu türklər üçün heç vaxt o qədər əhəmiyyət kəsb etməyib. Hər halda onlar öz həqiqətlərini bildiklərindən başqa uydurmalara qulaq asmayıblar. Lakin bəzən təbliğat çox böyük əhəmiyyət daşıyır. Ermənilər bəzi dövlətləri yalnız təbliğatla bu qədər inandıra biliblər.Ona görə də mən düşünürəm ki, təbliğat xarakterli tədbirlərin genişləndirilməsi vacib şərtdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB