Dubayın “Əl-Bəyan” qəzeti “Eurovision-2012” müsabiqəsi barədə

Dubayın “Əl-Bəyan” qəzeti “Eurovision-2012” müsabiqəsi barədə

BƏƏ-dəki Azərbaycan Cəmiyyətinin keçirdiyi təbliġat kampaniyası çərçivəsində Dubay hökumətinə məxsus ərəb dilli "Əl-Bəyan" Qəzetində "Eurovision-2012" mahnı müsabiqəsilə bağlı məlumat yerləşdirilib. Cəmiyyətdən SİA-ya verilən xəbərə görə, yazıda qeyd olunur ki, gələn ay Bakıda "Öz məşəlini alovlandır!" şüarı ilə "Eurovision-2012" beyəlxalq mahnı müsabiqəsi keçiriləcək. Müsabiqə Bakida, Xəzər dənizinin sahilində yeni inṣa edilmiṣ "Baku Crystal Hall"-da baş tutacaq.

BƏƏ-dəki Azərbaycan diasporu dünya miqyasında yüksək fəallığı ilə seçilən bu beynəlxalq müsabiqəyə dəstək vermək və onu təşviq etmək üçün var qüvvəsini səfərbər edərək bu gün dünyada ən böyük demoqrafik müxtəlifliyi olan BƏƏ-də tədbir və mətbuat konfransi keçirib. Azərbaycan Cəmiyyəti qərara alıb ki, təbliğat kampaniyasını "Bütün musiqi sevərləri Bakıya dəvət edirik" adlandırsın. BƏƏ-dəki Azərbaycan Cəmiyyətinin sədri Samir İmanov konfransda deyib ki, bu il "Eurovision 2012" mahnı müsabiqəsində 42 ölkə iştirak edəcək. O qeyd edib ki, Azərbaycanın bu müsabiqədə ideal təmsil olunması üçün layihəni dəstəkləyən Heydər Əliyev Fondu mühüm rol oynayır. S.İmanov qeyd edib ki, onun ölkəsi "Eurovision-2012" mahnı müsabiqəsi vasitəsilə Azərbaycanın zəngin tarixini və mədəni irsini dünyaya təqdim edəcək. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bu tədbirə tam dəstəyini verib. Heydər Əliyev Fondu istər Azərbaycanın daxilində, istərsə də xaricində sosial, xeyriyyə, mədəniyyət, təhsil və digər sahələrdə böyük layihələr həyata keçirir.

S.İmanov əlavə edib ki, Azərbaycan yaxın günlərdə öz qollarını bütün musiqi sevərlərə açaraq ölkəsinin tolerant dövlət olmasını dünyada təsdiq edəcək, eyni zamanda, Azərbaycanın 1991-cı ildə son dövlət müstəqilliyini bərpa etdikdən bu günə kimi xususən də prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanın əlde etdiyi böyük uğurlarını dünyaya nümayiş etdirəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə