“Respublika Gənclər Debat Forumu -Yaz 2012” çərçivəsində tədbirlər davam edir

“Respublika Gənclər Debat Forumu -Yaz 2012” çərçivəsində tədbirlər davam edir

"Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tərəfindən, "FIFA U- 17 Women’s Cup Azerbaijan 2012 " dəstəyi ilə "Respublika Gənclər Debat Forumu - Yaz 2012" çərçivəsində həyata keçirilən silsilə tədbirlər davam edir. Qurumdan SİA-ya verilən məlumata görə, Qusar rayonunda, Qusar rayon Gənclər və İdman İdarəsinin təşəbbüsü ilə "Şimal-Şərq Regional Gənclər Debat Formu" təşkil olunub. Forumda, Quba, Qusar, Siyəzən, Xaçmaz rayonlarını təmsil edən 30 nəfər gənc iştirak edib. Forum ərzində yüksək nəticə göstərən iştirakçılar sertifikat və medallarla təltif olunublar. Keçirilən forumun qalibləri "Respublika Gənclər Debat Formu-Yaz 2012" də iştirak hüququ əldə etdilər.

Lənkəran şəhərində, Lənkəran şəhər Gənclər və İdman İdarəsinin təşəbbüsü ilə "Cənub Regional Gənclər Debat Formu" təşkil olunub. Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar, Hacıqabul, Şirvan, Sabirabad, Salyan, Neftçala rayonu da daxil olmaqla 12 şəhər və rayonun komandalarının iştirak etdiyi forum ümumilikdə 150 nəfər gənci əhatə edib. Forumda iştirakçı, finalçı və qaliblər sertifikat və medallarla təltif olundular. Keçirilən "Respublika Gənclər Debat Formu 2012" də iştirak hüququ əldə etdilər.

Gəncə şəhərində, Gəncə şəhər Gənclər və İdman İdarəsinin təşəbbüsü ilə "Qərb Regional Gənclər Debat Formu" təşkil olunub. Forumda 70 nəfər gənc iştirak edib. Forumda iştirakçı, finalçı, qalib və ən yaxşı natiqləri sertifikat və medallarla təltif olunublar. Keçirilən forumun qalibləri "Respublika Gənclər Debat Formu Yaz-2012" də iştirak hüququ əldə etdilər.

"Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi gənclərin maarifləndirilməsi istiqamətində fəaliyyətini davam etdirərək, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə "Respublika Gənclər Debat Forumu- Yaz 2012" layihəsinə start verib. Qeyd edək ki, layihə çərçivəsində 2012-ci ilin fevral-may aylarını əhatə edən gənclər üçün silsilə təlim və debat yarışlarının keçirilməsi planlaşdırılır. Layihədə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, İsmayıllı, Qusar, Şəki şəhərləri və onların əhatə etdiyi 35 rayondan 2000-ə yaxın gəncin iştirakı gözlənilir. Forum "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"-na əsasən "Regionların sosial-iqtisadi inkişafında gənclərin iştirakı özünü doğruldur" mövzusunda həyata keçirilir.

Məlumat üçün qeyd edək ki, "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi 1998-ci ildən fəaliyyət göstərərək özündə ölkənin 30-dan artıq regionlarında yerləşən 60 orta məktəbi və 31 ali məktəbi birləşdirir. Təşkilatın missiyası xidmətlərin göstərilməsi və gənclərin təşəbbüslərinin dəstəklənməsi vasitəsi ilə cəmiyyətin maarifləndirilməsidir. Təşkilat fəaliyyəti dövründə 18 000 gəncin iştirakı ilə 70-dən artıq debat yarışları, 350-dən artıq təlim, seminar və 24 yay məktəbi təşkil edib.

Qeyd edək ki, 21-22 aprel 2012-ci il tarixlərində Qusar, Lənkəran və Gəncədə "Regional Gənclər Debat Forumları" təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə