Azərbaycan intellektualları vətənə medalla qayıdıb

Aprelin 18-20-də Daşkənd şəhərində İntellektual oyunlar üzrə 2-ci açıq "Asiya kuboku" keçirilib.Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Faiq Hüseynov və Balaş Qasımovun komandaları bu yarışlardan vətənəmedallarla qayıdıblar. "Nə? Nə vaxt? Harada?" oyununda Faiq Hüseynovun komandası ikinci, Balaş Qasımovun komandası üçüncü olub. Bununla yanaşı,"Breyn-rinq" oyununda Balaş Qasımovun komandası üçüncü, "Xəmsə" Milli intellektual oyununda isə Faiq Hüseynovun komandası birinci yerə layiq görülüblər.

Milli intellektual oyun olan "Xəmsə" bu il ilk dəfə olaraq ölkədən kənarda keçirilən beynəlxalq turnirdə təmsil edilib. Yaxın vaxtlarda həmin oyun üzrə yarışlar Praqada "Gümüş qolem" və İsrailin Hayfa şəhərində "Znatokiada" beynəlxalq intellektual turnirlərin çərçivəsində də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə