İordaniya Senatının nümayəndə heyəti Milli Məclisin komitə üzvləri ilə görüşdü

İordaniya Senatının nümayəndə heyəti Milli Məclisin komitə üzvləri ilə görüşdü

Bu gün Azərbaycanda səfərdə olan İordaniya Senatının nümayəndə heyəti Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşüb. SİA-nın xəbərinə görə, görüşdə ilk öncə qonaqları salamlayan komitənin üzvü Rasim Musabəyov Azərbaycan və İordaniyanın müəyyən oxşarlıqlara malik olduğunu deyib. O bildirib ki, ötən il ərəb dünyasında baş verən təlatümlərdən İordaniya çox uğurla çıxıb. Millət vəkilinin sözlərinə görə, bu vəziyyətdə İordaniya ərəb dünyasında yaranan problemlərin ölkəsində yayılmasının qarşısını nizamlı şəkildə ala bilib: "Bu gün iki ölkə arasında çox mühüm əlaqələr mövcuddur. Lakin əlaqələr hökumətlə yanaşı parlament səviyyəsində də davam etdirilməlidir. Səfər zamanı aparılacaq müzakirələr ikitərəfli əməkdaşlığın daha da güclənməsi və genişlənməsinə şərait yaradacaq".

İordaniya Senatı sədrinin birinci müavini Abdurrauf Ravabdehi isə qeyd edib ki, ölkələr arasında aparılan danışıqlar hər iki xalqın mənafeyinə xidmət etməlidir. Onun fikrincə, indiki dövr müstəqil əlaqələrin yaranmasını tələb edir. Azərbaycanla İordaniya arasındakı əlaqələrin tarixi 1500 il bundan öncəyə gedib çıxır. Ticarət və mədəni əlaqələrin inkişaf etdirilməsi iki ölkəni bir-birinə daha yaxından bağlayır. Hər iki xalqın sülh istəməsi önəmlidir. Hər iki dövlətin ərazilərinin işğal olunması problemini yaşayır və onun işğaldan azad olunmasını istəyir. Hər bir halda torpaqlar işğaldan azad olunmalı, insanların ölümünün qarşısı alınmalı və ərazi bütövlüyü təmin olunmalıdır".

Azərbaycanlı millət vəkili Cavanşir Feyziyev isə Azərbaycanla İordnaiya arasındakı əlaqələrin daha dərin tarixi köklərlə zəngin olduğunu deyib.

Daha sonra görüş qarşılıqlı müzakirələr çərçivəsində davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə