Milli Məclisdə Azərbaycan-İordaniya parlamentlərarası dostluq qrupunun görüşü keçirilib
Azərbaycanda səfərdə olan İordaniya Senatının nümayəndə heyəti bu gün Fəxri xiyabanda ümumilli lider Heydər Əliyev və akademik Zərifə Əliyevanın məzarını, həmçinin Şəhidlər xiyabanını ziyarət edib. SİA-nın xəbərinə görə, İordaniya Senatı sədrinin birinci müavini Abdurrauf Ravabdehinin başçılıq etdiyi nümayəndə heyəti ilə Azərbaycan-İordaniya parlamentlərarası dostluq qrupunun görüşü keçirilib. İlk öncə qonaqları salamlayan Azərbaycan-İordaniya parlamentlərarası dostluq qrupunun sədri Ərəstun Cavadov bildirib ki, bu görüş iki ölkənin parlamentləri arasındakı əlaqələrin sonrakı inkişafına təkan verəcək.
Görüş
çərçivəsində qonaq Azərbaycana səfər zamanı ölkənin günü-gündən inkişaf
etdiyinin şahidi olduğunu söyləyib. O bildirib ki, parlament
səviyyəsində iki ölkə arasında əlaqələrə yeni təkan vermək, onları inkişaf
etdirmək lazımdır: "Səfərin də məqsədi iki ölkə
parlamenti arasındakı gələcək perspektivləri müzakirə etmək, bu əlaqələri dövlət
başçıları arasındakı şəxsi dostluq əlaqələri səviyyəsinə qaldırmaqdan
ibarətdir. Ölkələrimiz
arasında xüsusi isti münasibət var. Lakin iki ölkə arasında 30-dan
çox sənəd imzalansa da bu sənədlərin bir çoxu icra olunmayıb. Qarşılıqlı müzakirələr və əlaqələri inkişaf etdirməklə mövcud və digər qalan sənədlərin icrasına da nail olunmalıdır".
Dostluq qrupunun Azərbaycan tərəfindən üzvü
Aslan Şahverdiyev Azərbaycanın müstəqillik əldə etdiyi 20 il ərzində keçdiyi
uğurlu yol və əldə etdiyi nailiyyətlə barədə
danışıb. O vurğulayıb ki, ölkədə aparılan uğurlu siyasət nəticəsində qısa müddətdə Azərbaycan
BMT TŞ-yə qeyri-daimi üzv olub. Millət vəkili bildirib
ki, 20 illik müstəqillik tarixində Dağlıq Qarabağ problemindən başqa ölkə qarşısında
duran bütün problemlər həll olunub: "Azərbaycan
və Ermənistan üzbəüz olsaydı, problem çoxdan həll olunmuşdu. Bu problemin həll
olunmamasının əsas səbəbi isə dünyanın bir sıra aparıcı ölkələrinin işğalçı
Ermənistana siyasi, iqtisadi və hərbi dəstəyinin nəticəsidir. Belə olmasaydı,
biz bunu çoxdan həll edərdik".
Millət vəkili Çingiz Qənizadə isə İordnaiyanın bütün məsələlərdə Azərbaycanı həm sözdə, həm də əməldə dəstəklədiyini qeyd edib. O bildirib ki, iki tərəf arasında belə görüşlərin keçirilməsi əlaqələrin gələcək inkişafına öz müsbət təsirini göstərəcək.
Daha sonra qonaq Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşüb.
Qeyd edək ki, səfər çərçivəsində Abdulrauf ər-Ravaydenin Parlamentin spikeri Oqtay Əsədovl və digər yüksək səviyyəli görüşlər keçirməsi gözlənilir. Səfər aprelin 26-sı başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB