Qubanın ağ almasının qara günləri

Qubanın ağ almasının qara günləri
Quba həmişə Azərbaycanda meyvəçiliyin əsas mərkəzlərindən biri hesab olunub. Amma təəssüflər olsun ki, indiyə kimi saxlanılan alma məhsulları zay olaraq zibilliklərə tullanılır. Bölgə müxbirinin SİA-ya verdiyi məlumata görə, kənd sakinləri bildirirlər ki, bu il məhsul bol olub, amma buna baxmayaraq baxmayaraq alıcılıq qabiliyyəti də zəif olub. 19-cu əsrin ortalarına qədər meyvə məhsulları əsasən daxili bazarlarda satılırdı, xaricə isə, meyvə məhsulları az göndərilirdi. 19-cu əsrin sonlarından etibarən dəmir yollarının çəkilişi ilə əlaqədar Azərbaycandan Rusiyaya daha çox meyvə ixrac olunmağa başlandı. Məhz bu dövrdən başlayaraq Azərbaycanın meyvəçilik təsərrüfatı ticarət meyvəçiliyi xarakteri almağa başlayır. Quba qəzası nəinki Azərbaycanda, hətta Cənubi Qafqazda meyvəçiliyin və meyvə ticarətinin mərkəzlərindən birinə çevrilir. Son illər bağbanlara güzəştli kreditlərin verilməsi nəticəsində bağların inkişafına dəstək olaraq xeyli bağban Sahibkarlığa Kömək Milli Fondundan bağ kreditləri alıb. Almaların bu qədər zay olmasından millət vəkili Vahid Əhmədovun da xəbəri var. Millət vəkili bildirir ki, meyvələrin qışdan bu yana satılmaması və zay olmasına görə müraciətlər var, ancaq kifayət qədər deyil. Bağbanlar deyirlər ki, qışın soyuğuna görə meyvələr saxlama kameralarına yerləşdirilib. Amma bu da çıxış yolu deyil. Belə ki, meyvə saxlama kameralarında da keyfiyyətini itirərək zay olur. Saxlama kameralarının sahibkarı bildirir ki, hər kq-na 50 qəpik pul vəsaiti xərcləyib. Təxmini meyvə sortlarının zay olmasına görə 40-a yaxın kəndin məhsulları zay olmaq üzrədir. Kimisi meyvəni zibil zolaqlarına tullayır, kimisi də çay kənarlarında tonqal qalayaraq məhsulu yandırır. Bəzi bağbanlar isə məhsulun zay olduğunu görüb çaya tullayır.

Bütün xəbərlər Facebook səhifəmizdə