Səbail İH-də Çernobıl qəzasının ildönümü ilə bağlı görüş keçirilib- FOTOSESSİYA
Bəşəriyyət üçün ən dəhşətli texnogen faciələrindən biri hesab olunan Çernobıl qəzasının ildönümü ilə bağlı Səbail rayon İcra Hakimiyyətində qəzanın aradan qaldırılmasında iştirakı olan rayon sakinləri ilə görüş keçirilib. SİA-nın məlumatına görə, mərasimdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, bu dəhşətli qəza bütün dünyada əks-səda doğurub: "Hər il aprelin 26-da Çernobil Atom Elektrik Stansiyasının 4-cü blokunda baş verən qəzanın ildönümü qeyd olunur. Qəza nəticəsində ümumilikdə 7 min insan həlak olub, 25 min insan isə güclü radiasiyaya məruz qalaraq ömürlük şikəst olub. Azərbaycandan da bu qəzanının aradan götürülməsində 90 nəfərdən çox insan iştirak edib. Hadisədən 26 il keçməsinə baxmayaraq əlil olan insanlar dövlət başçısının daim diqqətindədir".
İcra başçısı onu da qeyd edib ki, hələ 1993-cü ildə ümummilli lider Heydər Əliyev qəza zamanı əlil olan insanların statusu və sosial müdafiəsi haqqında sərəncam imzalayıb: "Bu insanlara qayğı ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Səbail rayon İcra Hakimiyyəti tərəfindən də bu insanlar unudulmur. Özəl günlərdə, bayramlarda Çernobil cəmiyyətinin rayon təşkilatı üzvlərinə humanitar yardım göstərilir".
Tədbirdə iştirak edən Bakı Birləşmiş Nəsimi və Səbail rayonlararası Çernobıl əlilləri təşkilatının sədri Xələf Həsrətov bu kimi diqqətin olmasını və İcra Hakimiyyətinin dəstəyini yüksək qiymətləndirib.
Tədbirin sonunda Çernobıl əlillərinə maddi yardım və ərzaq bağlamaları təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB