Xilaskar Türk Əsgərinin anım günü qeyd ediləcək

Xilaskar Türk Əsgərinin anım günü qeyd ediləcək
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) 24 aprel tarixini Xilaskar Türk Əsgərinin anım günü kimi qeyd edəcək. SİA-nın verdiyi məlumata görə, sabah saat 11:00-da partiyanın rəhbərliyinə daxil olan şəxslər Qafqaz İslam Ordusunun tərkibində Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda canlarını fəda edən türk əsgər və zabitlərinin şərəfinə ucaldılmış abidəni, eləcə də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın məzarlarını ziyarət edəcəklər. Xatırladaq ki, BAXCP 2005-ci ildən etibarən 24 aprel tarixini Xilaskar Türk Əsgərinin anım günü kimi qeyd edir.

Bütün xəbərlər Facebook səhifəmizdə