Bakıda dəmiryolçuların konfransı keçiriləcək

Bakıda dəmiryolçuların konfransı keçiriləcək
Bu həftə 25 aprel tarixində Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin XXII hesabat-seçki Konfransı keçiriləcək. "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyindən SİA-ya verilən məlumata görə, 59 nümayəndənin qatılacağı Konfransın gündəliyində bir sıra məsələlər müzakirəyə çıxarılacaq.
XXII Konfransın işində Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının baş katibi Gennadi Kosolapov, Rusiya Dəmiryolçularının və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Sergey Çernov, Gürcüstan Dəmiryolçularının Həmkarlar İttifaqı Komitəsinin sədri Hamlet Lomidze, Türkiyə Həmkarlar İttifaqları Komitəsinin maliyyə katibi, Türkiyə Dəmiryolçularının Həmkarlar İttifaqı Komitəsinin sədri Ergün Alatay, Türkiyə Dəmiryolçularının Həmkarlar İttifaqı Komitəsinin baş katibi Hüseyin Kaya, Türkiyə Dəmiryolçularının Həmkarlar İttifaqı Komitəsinin mövzuat katibi İsmail Baygın iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə