Bərdədə nadir hesab olunan hadisə baş verib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Bərdədə 19 yaşlı qadın üçəm uşaq dünyaya gətirib. Yenicə düyaya gələn körpələrin hər üçü qızıdır. Ağdamdan məcburi köçkün olan Atayevlər ailəsinin ilk övladlarlı ailəyə sevinc gətirib. Doğuşun vaxtından əvvəl baş verməsinə baxmayaraq, həkimlər uşaqların və ananın vəziyyətinin normal olduğunu bildiriblər.
Qeyd edək ki, hazırda rayon Mərkəzi Xəstəxanasında olan körpələr bütün tibbi müayinədən keçib və onlar ciddi həkim nəzarətində saxlanılır.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB