AMEA Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, professor Gövhər Baxşəliyevanın yenicə çapdan çıxmış "Məqalələr, məruzələr, müsahibələr..." adlı iki cildlik kitabı işıq üzü görüb. SİA-nın xəbərinə görə, kitaba daxil olan yazıların altıncı istiqamətini müəllifin bütövlükdə Azərbaycan elmi, onun inkişaf yolları, mövcud problemləri və sabahkı perspektivləri, elmdə islahatlar, modernləşmə, elmimizin dünya məkanına inteqrasiyası, digər ölkələrin bu sahədə olan mütərəqqi təcrübəsi və sairə haqqında yazıları təşkil edir.
Əlbəttə, ümumi həcmi 1000 səhifədən çox olan "Məqalələr, məruzələr, müsahibələr..." kitabının mövzu dairəsi qeyd olunanlardan qat-qat genişdir. Bu da heç şübhəsiz, onun oxucu dairəsinin də geniş olacağına təminat verir. Kitaba müəllif haqqında qısa məlumat və əsərlərinin biblioqrafiyası əlavə olunub.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB