Milli Məclis Kolumbiya Parlamentində qəbul olunan qərarla bağlı açıqlama yayıb

Milli Məclis Kolumbiya Parlamentində qəbul olunan qərarla bağlı açıqlama yayıb

Milli Məclis Kolumbiya parlamentində Ermənistanın işğalçılıq siyasətini pisləyən qərar qəbul olunması ilə bağlı açıqlama yayıb. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, açıqlamada bildirilir ki, cari ilin mart ayının 28-də Kolumbiya Senatının Xarici İşlər və Milli Müdafiə məsələləri üzrə II Konstitusional Daimi Komitəsində "Azərbaycan Respublikası ərazisinin qanunsuz işğal edilməsi" haqqında qərar qəbul edilib.

Komitənin sədri senator Alexandra Moreno Pirakive tərəfindən komitədə səsverməyə çıxarılmış sənəddə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi faktı və Xocalı faciəsinin məhz soyqırım aktı olması öz əksini tapıb. Layihə komitə üzvləri tərəfindən qəbul edildikdən sonra Senatın plenar sessiyasına çıxarılmış və yekdilliklə təsdiq olunub.

Sənəddə birmənalı şəkildə bildirilir ki, Kolumbiya Ermənistan tərəfindən Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisinin və onun ətrafındakı 7 rayonun qanunsuz hərbi işğalını qəbul etmir, dinc əhaliyə qarşı törədilmiş fiziki işgəncə və zorakılıqları, xüsusən də Xocalı soyqırımı zamanı yol verilmiş hərəkətləri pisləyir və Ermənistan hökumətini BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirməyə çağırır".

Bütün xəbərlər Facebook səhifəmizdə