Paytaxtın daha bir yolunda nəqliyyatın hərəkəti tam məhdudlaşdırılıb

Paytaxtın daha bir yolunda nəqliyyatın hərəkəti tam məhdudlaşdırılıb
Paytaxtın daha bir yolunda nəqliyyatın hərəkəti tam məhdudlaşdırıldı. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovun SİA-ya verilən məlumata görə, Həsən bəy Zərdabi küçəsinin Qələbə dairəsindən metronun 20 Yanvar stansiyası istiqamətinə gedən hissəsində yol boyu istilik xətləri dəyişdirilir.

Bununla əlaqədar aprelin 22-də gecə saatlarından həmin istiqamətdə nəqliyyatın hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılıb.

Təmir işlərinin aprelin 24-də başa çatdırılması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə