İordaniya parlamentinin vitse-spikerinin Azərbaycan səfər edəcək

İordaniya parlamentinin vitse-spikerinin Azərbaycan səfər edəcək

Sabahdan etibarən İordaniya parlamentinin vitse-spikeri Abdulrauf ər-Ravaydenin Bakıya səfəri başlayır. Milli Məclisindən SİA-ya verilən xəbərə görə, qonağın Azərbaycana səfəri Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarətlə başlayacaq.

Səfər çərçivəsində iordaniyalı vitse-spiker Milli Məclisdə iki ölkənin parlamentlərarası əlaqələrini müzakirə edəcək. Həmçinin səfər çərçivəsində Abdulrauf ər-Ravaydenin Azərbaycanda digər yüksək səviyyəli görüşlər keçirməsi gözlənilir.

Səfər aprelin 26-sı başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə