\"5 milyon həyat xilas edə bilərik!\" şüarı altında tədbir keçirilib - FOTOSESSİYA
Təşkilatın sədri Azər Allahverənov çıxışında bildirib ki, tədbirin məqsədi hazırda bütün dünyada olduğu kimi, Azərbaycanda da insanların həyatı üçün təhlükə qaynağı olan yol qəzalarının acınacaqlı fəsadlarının azaldılması ilə əlaqədar çağırışların irəli sürülməsindən ibarətdir: \"Onillik Fəaliyyət layihəsi qarşıdakı 10 il ərzində dünyada beş milyon insanı həyatını itiməkdən və 50 milyon insanı xəsarət almaqdan xilas etməyi planlaşdırır\".
Sədr onu da deyib ki, BMT-nin Baş Assambleyasının 2011-2020-ci illəri \"Yol Hərəkəti Təhlükəsizliyinin təmin edilməsi üzrə Onillik Fəaliyyətlər Dövrü\" elan etdiyi vaxtdan etibarən bir çox dünya ölkələri problemin ciddiliyini və təsir miqyasının böyüklüyünü dərk edərək bu aksiyaya fəal sürətdə qoşulublar: \"Azərbaycanda 2010-cu ildən proqramın aktiv üzvüdür\".
Daha sonra Yol Hərəkəti Təhlükəsizliyinin təmin edilməsi üzrə Onillik Fəaliyyətlər Dövrünün sülhməramlı səfiri Nigar Camal bu kimi tədbirlərin keçirilməsini yüksək qiymətləndirdiyini qeyd edib. Tədbirdə həmçinin \"Eurovision- 2011\"in qalibi Nigar Camalın təhlükəsizlik kəmərlərinin taxılmasını təbliğ edən \"Can`t Let You Go\" adlı mahnısına çəkilən klipdən fraqmentlərdə nümayiş olunub.
Onu da qeyd edək ki, müğənni BMT-nin Yolların Təhlükəsizliyi ilə əlaqədar Onillik Fəaliyyət layihəsinə töhvə olaraq nəqliyyat vasitələrində kəmərdən istifadəni artırmağı qarşısında məqsəd qoyan bir kampaniyaya rəhbərlik edir.
Yol Hərəkəti Təhlükəsizliyinin təmin edilməsi üzrə Onillik Fəaliyyətlər Dövrünün Gürcüstan üzrə sülhməramlı səfiri və \"Eurovision- 2012\" mahnı müsabiqəsində ölkəsini təmsil edəcək Anri Joxadze vurğulayıb ki, təhlükəsizlik kəmərindən mütləq istifadə etmək lazımdır. Onun da bu mövzuya aid video roliki nümayiş olunub.
Sonda tədbirdə çıxış edən rəsmilər \"Yol qəzası simulyatoru\"nu sınaqdan keçiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB