23 Aprel Uşaq Günü münasibətilə “101 Arzunu Gerçəkləşdir” layihəsi təqdim olundu
23 Aprel-Uşaq bayramı" münasibətilə Gəncliyə Yardım Fondu "101 Arzunu Gerçəkləşdir" layihəsinin yekunu olaraq 101 uşağa mükafat təqdim etdi. SİA-nın məlumatına görə, xeyriyyə tədbiri Azərbaycan himninin və Türkiyə İstiqlal marşının oxunması ilə başladı. İlk olaraq çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim layihənin gerçəkləşməsində dəstəyi olan bütün iştirakçılara öz təşəkkürünü bildirdi və tədbiri açıq elan etdi. Bundan sonra isə söz gənclər və idman nazirinin müavini İntiqam Babayevə verildi. O, vurğuladı ki, Gəncliyə Yardım Fondu 1994-cü ildə fəaliyyətə başladığı vaxtdan bu günə kimi uşaq və gənclərin qayğısına istiqamətlənmiş bu kimi xeyriyyə tədbirlərinin daim təşkilatçısı olub. Buna görə o, fondun rəhbərliyinə təşəkkür etdi.
Bundan sonra uşaqların hədiyyələrini Prezident Administrasiyasının İctimai-siyası Əlaqələr şöbəsinin məsul işçisi Rasim Mirzəyev, Nazirlər Kabinetinin sektor müdiri Ramin Talıblı və böyük məsləhətçi Aytən Qafarova, Türkiyə Səfirliyinin nümayəndələri Rıza Yılmaz, Minə İslamova, millət vəkilləri Sevinc Hüseynova, Zahid Oruc, Etibar Hüseynov, Aydın Mirzəzadə, Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova, Turizm Universitetinin rektoru Cəfər Cəfərov, \"Uşaqların Sosial Müdafiəsi\" İctimai Birliyinin sədri Gültəkin Həsənova, Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov təqdim etdi.
Məlumat üçün bildirək ki, tədbirdə Bakı şəhərində yaşayan 6-12 yaşlarında olan 101 kimsəsiz uşağa istədikləri hədiyyələr təqdim edildi.
Qeyd edək ki, uşaqların hədiyyələrini təqdim edən nümayəndələr onlara öz ürək sözlərini çatdırdılar. Prezident İlham Əliyevin daim uşaqların qayğısına qaldığı, kimsəsiz uşaqlara mənəvi dəstək olduğu bildirdi.
Xatırladaq ki, layihə Gəncliyə Yardım Fondunun tərkibində "8 Mart Beynəlxalq Qadınlar Günü" münasibətilə 7 mart tarixində keçirilən "Azərbaycan və Türkiyəli canımların əl işləri Xeyriyyə Sərgisi"ndən əldə olunan vəsait əsasında həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB