Bu gün müəlliflik hüququ günüdür

Bu gün müəlliflik hüququ günüdür
Bu gün Ümumdünya Kitab və Müəlliflik hüququ günüdür. SİA-nın məlumatına görə, bununla əlaqədar Müəllif Hüquqları agentliyi Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə beynəlxalq konfrans keçirib. "Yaradıcıdan-kitaba, müəllifdən-müəlifflik hüququna" devizi altında keçrilən tədbirdə çıxış edən Müəllif Hüquqları Agentliyinin direktoru Kamran İmanov bildirib ki, 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü UNESCO Baş Assambleyasının 1995-ci il noyabrın 15-də verdiyi qərarla qeyd edilir. Azərbaycanda isə bu gün 1996-cı ildən keçirilir. UNESCO bu il həmin günün kitab və tərcüməyə həsr olunmasını tövsiyə edib. "Əvvəlki illərlə müqayisədə müəllif hüquqlarının qorunması və təminatı artırılıb. Ötən il agentliyin nəzdində qaynar xətt açılıb. 700-dən çox müraciət daxil olub. 908 nəfər müəllif əsər istifadəçiləri olan hüquqi və fiziki şəxslər qəbul olunub". Mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev isə jurnalistlərə açıqlamasında bildirib ki, müəlifflik hüququnun qorunması baxımından bu tədbir mühüm əhəmiyyət kəsb edir.


Aytəkin

Bütün xəbərlər Facebook səhifəmizdə