23 aprel Azərbaycan tarixində

1865 - Görkəmli hərbi xadim, artilleriya general-leytenantı Əliağa Şixlinski (1865-1943) Qazax qəzasınn Qazaxlı kəndində anadan olub. 1904-1905-ci illər rus-yapon müharibəsində məşhurluq qazanıb. IDünya Müharibəsində Rusiyanın 10-cu ordu komandanı olub. 1918-ci ildə Bakıya qayıdaraq Xalq Cümhuriyyəti müdafiə nazirinin (general S.Mehmandarov) müavini işləyib. Sovet dövründə Bakı Hərbi Komanda Məktəbinin rəis müavini olub.


1996 - Prezident Heydər Əliyev Brüsseldə Azərbaycanın NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulması barədə təqdimat sənədini imzalayıb.


2002 - Türkmənistanın paytaxtı Aşqabadda Xəzərin hüquqi statusunun müəyyənləşməsi ilə bağlı sahilyanı dövlət başçılarının ilk sammiti işə başlayıb. Türkmənistan, Azərbaycan, Qazaxıstan, İran və Rusiya prezidentlərinin görüşündə Xəzərin hüquqi statusunun hazırlanması geniş müzakirə edilsə də, işçi qrupu tərəfindən hazırlanan yekun Bəyannamə layihəsi dövlət başçıları tərəfindən bitkin sayılmadığından imzalanmayıb.


2007 - Azərbaycan XİN ABŞ Dövlət Departamentinin insan haqları üzrə hesabatında Qarabağa dair bölmənin təftiş edilməsinə etiraz olaraq bəyanat verib. Hesabatın ilkin variantındakı "erməni qüvvələri Dağlıq Qarabağ və Azərbaycanın daha yeddi rayonunu işğal altında saxlayır" ifadəsi sonradan ermənilərin səyi ilə dəyişdirilmişdi. Azərbaycanın etirazından sonra Dövlət Departamenti sənəddə əvvəlki mətni bərpa etdi və ikitərəfli münasibətlər normal məcraya düşdü.

Bütün xəbərlər Facebook səhifəmizdə