Azərbaycanlı deputat İstanbulda I Beynəlxalq türkologiya konfransında iştirak edib
Türkiyənin İstanbul şəhərindəki "WOW Convention" otelində Türkiyə Xarici İşlər Nazirliyi, Türk Dil Qurumu və Yunus Əmrə İnstitutunun təşkilatçılığı, dünyanın 46 ölkəsindən 60 türkoloqun iştirakı ilə I Beynəlxalq türkologiya konfransı keçirilib. SİA-nın verdiyi xəbərə görə, Azərbaycanı bu tədbirdə Milli Məclisin deputatı Jalə Əliyeva təmsil edib. Konfransın açılışında çıxış edən Türk Dil Kurumunun sədri, professor Mustafa Kaçalin və Yunus Əmrə İnstitutunun sədri, professor Əli Fuat Bilkan bildiriblər ki, Türkiyə hökumətinin təsis etdiyi Yunus Əmrə İnstitutunun əsas məqsədi türk dilinin öyrənilməsinin müasir tələblərə cavab verməsidir. Bu baxımdan xarici ölkələrdə türkologiya ocaqlarının yaradılması və onların zəruri dərslik və avadanlıqla təchiz edilməsi prioritet məsələlərdəndir. Milli Məclisin deputatı Jalə Əliyeva çıxışında Azərbaycan və Türkiyə türkcəsinin çox yaxın olduğu, xalqlarımızın digər türkdilli ölkələrə nisbətən bir-biri ilə daha asan anlaşdıqlarını söyləyib. O, bu sahədə əlaqələrin daha da möhkəmlənməsi üçün dilçi alimlərin əməkdaşlığının gücləndirilməsinin zəruriliyini vurğulayıb. Konfransda qeyd olunub ki, dünyanın müxtəlif ölkələrindəki universitetlərdə fəaliyyət göstərən türkologiya bölmələrinin fəaliyyətinin əlaqələndirilməsi üçün yeni layihələr hazırlanmalı və həyata keçirilməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB