Bakıda möhtəşəm motoyürüş təşkil olundu - VİDEO

Bakıda möhtəşəm motoyürüş təşkil olundu - VİDEO

Azərbaycanın "Eurovision-2012" mahnı müsabiqəsi ilə əlaqədar "Azman Co." şirkəti "Harley-Davidson"un Azərbaycandakı rəsmi dileri olaraq "Harley" motosikl sahiblərini mütəmadi şəkildə bir yerə toplayaraq, ənənəivi "H.O.G." görüşlərinin təşkili və Azərbaycanda moto mədəniyyətin təbliği ilə əlaqədar motoyürüş keçirir. Bakıda belə bir motoyürüş təşkil edilib.


Görüş "Azman Co." şirkətinin "Harley-Davidson" salonunda baş tutdu. Bu dəfəki motogəzinti sakit bir guşəyə, şəhərdən kənarda yerləşən "See Breeze" istirahət mərkəzinə idi.


Motoyürüşə motosiklsevərlərlə, xarici qonaqlarla birgə, ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev də qatılıb. Xarici qonaqlardan Styuart Marklin açıqlamasında belə tədbirlərin keçirilməsinin "Eurovision-2012" qabağı çox məqsədəuyğun olduğunu bildirib.


""Harley-Davidson" böyük bir ailədir və mən çox şadam ki, bu ailənin bir üzvüyəm. "Harley-Davidson" motoskletləri həmçinin idarəetmə baxımından da çox rahatdır. Düşünürəm ki, Bakıda "Eurovision-2012" mahnı müsabiqəsinin keçiriləcəyi bir məqamda belə motoyürüşlərin keçirilməsi motosiklet həvəskarlarını tam razı salır", - deyə Styuart Marklin vurğulayıb.


"Azman Co." MMC-nin baş direktoru Rüfət Məsimov anspress-ə açıqlamasında bu görüşlərin "Eurovision-2012" mahnı müsabiqəsinə həsr edildiyini bildirib: "Həmişəki kimi bu gün də "H.O.G."un ikinci görüşü keçirilir. Bu görüşlərə "Harley-Davidson"sevənlər, "Harley-Davidson" motoskletlərindən istifadə edənlər toplaşır. Bu görüşümüzü "Eurovision"a həsr etmək istərdik".


Bu marşrut zamanı baykerlərimiz yenə də şəhər əhalisini fərəhləndirməyi bacarıblar. Görüş restoranda şam yeməyi ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə