“İnsan alveri: mahiyyəti, doğurduğu təhlükə və onunla mübarizə” - FOTO
Şamaxı şəhərində "Peşə məktəblərində tələbələr arasında insan alverinə qarşı maarifləndirmə işlərinin aparılması" layihəsi çərçivəsində təlim keçirilib
İnsan alverinə qarşı QHT koalisiyasının üzvü, "XXI Əsrin Qadınları" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Peşə məktəblərində tələbələr arasında insan alverinə qarşı maarifləndirmə işlərinin aparılması" layihəsi çərçivəsində "İnsan alveri: mahiyyəti, doğurduğu təhlükə və onunla mübarizə" mövzusunda 20 aprel 2012-ci il tarixdə Şamaxı şəhər, Şamaxı peşə litseyində təlim keçirib.
"XXI Əsrin Qadınları" İctimai Birliyi Mətubat Xidmətindən verdiyi məlumata görə, təlimdə Daxili İşlər Nazirliyinin İnsan alverinə qarşı Mübarizə İdarəsinin polis polkovnik-leytenantı Araz Babayev, Şamaxı İcra Hakiminin müavini Əşrəf Şükürov, litseyin direktoru Ramiz Sultanov və ictimai Birliyin üzvləri iştirak edib. Təlimdə çıxış edənlər bəşəriyyətin ən qlobal problemlərindən biri sayılan insan alverinə qarşı mübarizənin zərurliyindən danışıblar. Ictimai Birliyin sədri Mahirə Əmirhüseynova çıxış edərək bildirib ki, bu gün insan alverçiləri ilə hər yerdə rastlaşmaq mümkündür, amma əsasən onlar tək, kimsəsiz, ehtiyac içində yaşayan və ya lüks həyat хəyalında olan qız və qadınların yanında peyda olur. Buna görə hər zaman ehtiyatlı olmaq lazımdır. "İnsan alveri" güc işlətmə və ya güc işləyədiləcəyi ilə hədələmə və digər formada məcburiyyət, oğurlama, fırıldaqçılıq, aldatma, hakimiyyətdən və ya köməksizlikdən sui-istifadə yolu ilə, yaxud başqa şəxsə nəzarət edən şəxsin razılığını pul və ya fayda verməklə alma yolu ilə insanların istismar məqsədi ilə cəlb edilməsi, daşınması, başqasına verilməsi, gizlədilməsi və ya əldə edilməsi formasında özünü göstərir.
Mahirə xanım davamında bildirib ki, İnsan alveri qurbanlarının əksəryyəti məhz fahişəlik üçün aparıldıqlarını bilmirlər. İnsan alverçilərinin elə üsulardan istifadə edirlər ki, onların toruna düşdüyünü qadın və qız o qədər də his etmir. hər kəsə fərdi yanaşırlar. Bir çoxlarını iş adı ilə, bir çoxlarını ailə qurmaq adı ilə aldadıb aparırlar. Bunun üçün heç də əcnəbi vətəndaşdan istifadə etmirlər. qızın yaxın bildiyi, əziz adamlarından da istifadə edirlər.
Daha sonra birliyin sədri məlumat verib ki, dünyada nə sayda adamın insan alverinə qurban getməsi barədə dəqiq məlumat təqdim etmək həqiqətən çox çətindir. Bü gün Azərbaycan insan alveri ilə mübarizədə kifayət qədər iş görür. Son zamanlar ölkəmizdə qurbanların sayının azalmasını müşayət edirik ki, bunun da səbəbi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə apardığı uğurlu siyasətin nəticəsində yeni iş yerlərinin açılması və bu istiqamətdə müvafiq sərəncam və fərmanlar verməsidir. Hal-hazırda "Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı" (2009-2013-cü illər) uyğun olaraq işlər görülür. Bundan irəli gələrək Azərbaycanda bu il insan alveri ilə bağlı 70 hal aşkar edilib, bu faktlarla bağlı 18 nəfərdən ibarət dörd cinayətkar qrup zərərsizləşdirilib.
Tədbirin sonunda iştirakçılara mövzu üzrə məlumatlandırıcı materialar paylanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB