FHN: Ölkə ərazisində 1623 yanğın hadisəsi baş verib

FHN: Ölkə ərazisində 1623 yanğın hadisəsi baş verib
Bu ilin birinci rübündə baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 1623 çıxış edilib. Bunun 572-si çoxmənzilli binalarda və fərdi evlərdə, 608-i açıq sahələrdə, 65-i nəqliyyat vasitələrində, 378-i isə digər yerlərdə baş vermiş yanğınlarla əlaqədar olub. Fövqəladə Hallar Nazirliyindən (FHN) SİA-ya verilən məlumata görə, yanğın hadisələri zamanı 26 nəfər həlak olub, 30 nəfər xəsarət alıb. Yanğından həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətdə 4 nəfər və ya 18 faiz çox, xəsarət alanların sayı isə 16 nəfər və ya 35 faiz azdır.

Bütün xəbərlər Facebook səhifəmizdə