Millət vəkili Rusiyanın Baş Prokuroruna rəsmi bəyanat göndərib

Millət vəkili Rusiyanın Baş Prokuroruna rəsmi bəyanat göndərib

Millət vəkili Ceyhun Osmanlı Rusiya Federasiyasının Baş Prokuroruna Mətin Mehdiyevin qətli ilə bağlı rəsmi bəyanat göndərib. SİA həmin bəyanatı təqdim edir:

"Arelin 10-da saat 01:30-da Moskvada tanınmış müsəlman ictimai xadimi, əvvəllər Azərbaycan vətəndaşı olmuş Mətin Mehdiyev qətlə yetirildi. Mətin Mehdiyevin 33 yaşı var idi. Öz gəncliyinə baxmayaraq, o, həyatında bir çox faydalı işlər görürdü, fəal ictimai həyat və fəaliyyət göstərir.


O, Azərbaycanın Moskva cəmiyyətinə inteqrasiyasına kömək edir, gənclər, tələbələrlə işləyirdi. Gənc dairələrdə layiqli hörmət və nüfuza malik idi. Rusiya Qafqaz Xalqları Konqresi, Rusiya Müftilər Şurası, Rusiya Müsəlmanlarının Dini İdarəsi, Qafqaz Hüquq Mərkəzi və Rusiya İslam Mədəniyyət Mərkəzi kimi ictimai təşkilatlarla əməkdaşlıq edirdi.


Mətinin ailəsi ailəni dolandıran yeganə şəxsdən, ikiaylıq uşaq atadan, Rusiya müsəlmanları isə daha bir görkəmli xadimdən məhrum oldular. Onun qətli təkcə Moskvada yaşayan azərbaycanlı gənclər deyil, həm də Azərbaycanda böyük rezonans doğurdu.


İlk olaraq, qeyd etmək istəyirik ki, bu bəyanat yalnız müstəqil Azərbaycanın həm ölkə daxilində, həm xaricdə olan yüzlərlə gənc fəalının mövqeyini deyil, həm də mərhumu şəxsən tanıyan və ona dərin hörmət bəsləyən bütün insanların mövqeyini əks etdirir.


Bununla əlaqədar biz bütün müvafiq hüquq-mühafizə orqanlarından bu işə xüsusi diqqətlə yanaşmağı xahiş edirik. Biz qəti olaraq belə qətllərin əleyhinəyik və illərdir ki, belə millətçilər gənclərin günahsız nümayəndələrini qətlə yetirirlər. Mətin belə gənclərdən biri idi. Ümid edirik ki, hüquq mühafizə orqanları bu işi qərəzsiz və obyektiv araşdıracaqlar. Qatil millətçiləri tapacaq və məsuliyyətə cəlb edəcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə