“Azərbaycan” Cəmiyyətinin sədri Dubayda \"Eurovision\"la bağlı görüş keçirib
Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanov may ayında Bakıda "Eurovision 2012" beynəlxalq mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar Dubayın Turizm və Ticarət Marketinqi nazirinin müavinləri Nəbil Əbdürrəhman Əhməd və Bədr Abdullah Məhəmmədlə görüş keçirib. SİA-nın xəbərinə görə, görüşdə onlara Azərbaycanda keçiriləcək müsabiqə haqqında ətraflı məlumat verən Samir İmanov müsabiqəyə hazırlıq işlərinin ta başa çatdığını, "Bakı Kristal Hall"-un artıq istismara verildiyini bildirib. O, eyni zamanda, müsabiqəyə hazırlıq işlərinin aparılmasında əsas və fəal rol oynayan Heydər Əliyev Fondunun gördüyü işlər, eləcə də Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevanın bu işlərə göstərdiyi xüsusi qayğısı barədə dəDubayın Turizm və Ticarət Marketinqi nazirinin müavinlərinə ətraflı məlumat verib. Nazir müavini Nəbil Əbdürrəhman Əhməd "Azərbaycan" Cəmiyyətinin sədrinə ötən ilin oktyabr ayında tərəflər arasında keçirilən görüşdən sonra nazirliyin apardığı təbliğat işləri sayəsində Birləşmiş Ərəb Əmimrliklərindən Azərbaycan turist qismində gedən şəxslərin sayının əvvəlki illərə nisbətən artdığını bildirib.
Samir İmanov 2011-ci ilin Azərbaycanda "Turizm ili" tlan olunduğunu xatırladıb, Azərbaycan hökumətinin turizmin inkişaf etdirilməsini prioritet sahələrdən biri kimi müəyyən etdiyini söyləyib. 2011-ci ildə Azərbaycana gələn turistlərin sayının 2 milyon nəfəri keçdiyini qeyd edən Samir İmanov son bir ildə Bakıda 7 ədəd beşulduzlu otelin inşa edildiyini vurğulayıb. Samir İmanov Azərbaycanın turizm sahəsində artan imkanlarının bundan sonra da Dubay və digər əmirliklərdə təbliğ olunması məsələsini razılaşdırıb, Turizm və Ticarət Marketinqi Nazirliyinin rəhbərliyinə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən təqdim olunan "Eurovision 2012" müsabiqəsi ilə bağlı jurnallar, təqvimlər, eyni zamanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında ərəb dilində nəşr olunan kitab və ölkənin turizm potensialını və zəngin mətbəxini nümayiş etdirən çoxlu sayda yeni broşür, bülleten, kitab təqdim edib.
Dubayın Turizm və Ticarət Marketinqi Nazirliyinin rəhbərliyi görüşdən məmnun qaldığını, Azərbaycan turizm potensialını və inkanlarını yüksək səviyyədə və müxtəlif vasitələrlə Dubayda təbliğ və reklam olunmasını davam etdirəcəklərini bildiriblər. Samir İmanova verdiyi ətraflı məlumata və təqdim etdiyi kitab bə digər faydalı əyani vəsaitlərə görə təşəkkürlərini ifadə edən Dubayın Turizm və Ticarət Marketinqi nazirinin müavinləri bu kimi görüşlərin mütəmadi şəkildə keçirilməsində maraqlı olduqlarını qeyd ediblər. Aprel ayının 12-də Bakıda keçirilmiş ATİF sərgisi haqda da məlumatlı olduqlarını qeyd edən nazir müavinləri Dubayın bir neçə şirkətinin də həmin sərgiyə qatılmasını tərəflər arasındakı görüşlərin və əməkdaşlığın müsbət nəticəsi kimi səciyyələndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB