Bahar Muradova: \"Aİ-nin qəbul etdiyi qətnamə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün kifayət etmir\" - MÖVQE

Bahar Muradova: \"Aİ-nin qəbul etdiyi qətnamə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün kifayət etmir\" - MÖVQE

"Avropa Parlamentinin Strasburqdakı sessiyasında Azərbaycanla Avropa Birliyi arasında assosiativ saziş üzrə danışıqların gedişinə dair qəbul olunan qətnamə bütövlükdə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün kifayət etmir. Amma onun həllində müəyyən cığırların yaranmasına şərait yaradır". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib. O bildirib ki, istənilən beynəlxalq təşkilatın qəbul etdiyi sənədlərdə Dağlıq Qarabağla bağlı həqiqətlərin öz əksini tapmasının çox böyük əhəmiyyəti var. B.Muradovanın sözlərinə görə, bunlar Azəbaycanın diplomatik sahədə uğurun əldə edilməsi üçün böyük bünövrə yaradır.

"Bu baxımdan qətnamənin çox böyük əhəmiyyəti var. Nə qədər çox belə sənədlər qəbul olunarsa və nə qədər çox münaqişə ilə bağlı həqiqətləri özündə əks etdirən sənədlər ortada olarsa, gələcəkdə bizim imkanlarımız daha da genişlənər", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə