Bərdə rayonunda 1 saylı musiqi məktəbi sökülərək yenidən inşa edilir. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, şəhərin mərkəzində dövlət vəsaiti hesabına inşa edilən 3 mərtəbəli musiqi məktəbi ən müasir avadanlıqla təmin ediləcək. Köhnə məktəbdən fərqli olaraq bu məktəb daha böyük və daha yaraşıqlı olacaq.
Məlumat üçün bildirək ki, binanın sahəsi 2000 kvadrat metr əhatə edir. Burada müxtəlif şöbələri üzə 400 qədər şagird təhsil ala biləcək.
Qeyd edək ki, tikinti işlərinin ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulub. Hazırda binada beton konstruksiya işləri aparılır.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB