“Qafqaz regionunda sülh və təhlükəsizlik problemləri” mövzusunda konfrans keçirildi- Foto
Bu gün "Müasir İnkişaf" İctimai Birliyi, Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası, "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə Qafqaz regionunda sülh və təhlükəszilik mövzusunda Gürcüstan və Azərbaycan ziyalılarının, qeyri-hökümət təşkilatlarının, KİV nümayəndələrinin iştirakı ilə konfrans baş tutdu. SİA-nın məlumatına görə, tədbirdə Qafqazda mövcud olan münaqişələrin, xüsusilə Qarabağ, Abxaziya, Cənubi Osetiya, probleminin həlli istiqamətində fikirlər söyləndi. Müharibələrin dəhşətləri haqqında məlumat verildi.
Məlumat üçün bildirək ki, konfransda çıxış edən "Müasir İnkişaf" İctimai Birliyinin idarə heyətinin sədri Mübariz Aşırlı qeyd etdi ki, Qafqazda Osetiya, Abxaziya münaqişələri hələ də davam etməkdədir. Bunların içində Qarabağ problemi isə ən dəhşətlisidir. Gürcüstanla Azərbaycan arasında bu baxımdan oxşarlıqlar var.Bi onu deməyə əsas verir ki, iki qonşu əlaqələri daha da möhkəmlətməli və belə münaqişələrin həllində bir-birini dəstəkləməlidir.
Ermənilərin saxta soyqırım iddiaları ərəfəsində təşkil olunan konfransda Qafqazdakı sabitliyin mövcud olmasında əsas maneələrdən sayılan ermənilərin həm gürcülərə, həm də Azərbaycanlılara qarşı törətdikləri soyqırımlar barədə danışan Rusiyada fəaliyyət göstərən AzərRos təşkilatının vitse-prezidenti Qalib Ağayev regionun ən güclü dövlətləri olan Gürcüstan və Azərbaycanın əlaqələri daha da möhkmələtməsinin vacib olduğunu vurğuladı. Gürcüstan sabiq müdafiə naziri, NATO-dakı sabiq səfiri, professor David Tevzadze səslənən fikirlərə münasibətini bildirdi.
Tədbirdə qeyd olundu ki, Qafqazda cərəyan edən münaqişələr həm daxili, həm də xarici təsirlərin nəticəsində meydana gəlib. Ermənilər daim regionda daim rusların köləsi olub. Bundan istifadə edərək, daim separatçılıqla məşğul olublar. Bilavasitə kənar dəstəyin nəticəsində regionda terror və qırğınla məşğul olublar.
Qeyd edək ki, tədbirin sonunda müraciət qəbul edildi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB