Bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 10-14 dərəcə isti, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-15 dərəcə isti, gündüz 21-26 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə isti, gündüz 12-17 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoz: Aprelin 19-u axşam Abşeron yarımadasında atmosfer təzyiqinin normadan aşağı olması və aprelin 20-də xeyli yüksəlməsi meteohəssas insanlarda diskomfort hissi yaratsa da, aprelin 21-22-də əlverişli temperatur şəraiti və meteoroloji amillərin normal sutkalıq gedişi müsbət amildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB