Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu ilə Elm və təhsil komitələrinin birgə iclası keçirilib. SİA-nın xəbərinə görə, iclası açan parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseyinli gündəlikdəki "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" qanun layihəsi ilə iştirakçıları tanış edib. Qeyd edilib ki, sənəd 4 fəsil, 17 maddədən ibarətdir. Layihə əqli mülkiyyət hüquqlarının müdafiəsi, onların sahiblərinin maraqlarının qorunması, qeyri-qanuni istehsalının və bu sahədə hüquqpozmaların qarşısının alınması məqsədi ilə hazırlanıb.
Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev qanunun qəbulunun müəllif hüquqlarının qorunmasına xidmət edəcəyini və sənədin beynəlxalq normalara cavab verdiyini xüsusi vurğulayıb.
Sonra iclasda iştirak edən Müəllif Hüquqları Üzrə Dövlət Agentliyinin direktoru Kamran İmanov sənədin bu sahədə mövcud boşluqları aradan qaldıracağını söyləyib.
Çıxış edən millət vəkilləri təqdim olunan layihəni yüksək qiymətləndirdilər.
Sonda sənəd yekdilliklə Milli Məclisin plenar iclasına tövsiyyə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB