Sumqayıt Dövlət Universitetində “İRƏLİ” Tarix Mərkəzinin təqdimat mərasimi keçirilib

Sumqayıt Dövlət Universitetində “İRƏLİ” Tarix Mərkəzinin təqdimat mərasimi keçirilib

Sumqayıt Dövlət Universitetində "İRƏLİ" Tarix Mərkəzinin, eyni zamanda Azərbaycan tarixi ilə bağlı olan və dünyanın müxtəlif ölkələrinin arxivlərində, muzeylərində, fondlarında, kitabxanalarında saxlanan sənədlərin təqdimat mərasimi keçirilib.


Qurumdan SİA-ya verilən məlumata görə, tədbiri ilk olaraq giriş sözü ilə Sumqayıt Dövlət Universitetinin prorektoru Nizami Namazov açaraq tədbirin məqsədi və vacibliyini qeyd edib.


Daha sonra "İRƏLİ" Tarix Mərkəzinin rəhbəri İradə Məmmədova ilk olaraq təmsil etdiyi "İRƏLİ" İctimai Birliyi haqqında və daha sonra rəhbəri olduğu "İRƏLİ" Tarix Mərkəzinin gördüyü işlər, həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib.


Sonra söz Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun şöbə müdiri Fərid Ələkbərliyə verilib və Fərid bəy Vatikanın Apostol kitabxanasından gətirdiyi sənədlərin surətlərindən ibarət təqdimat keçirib. Fərid Ələkbərli bildirib ki, Vatikanın məxfi arxivlərində araşdırılıb, 700-dən çox sənədin 85-i məhz Azərbaycan tarixinə aiddir. Onların arasında Qafqaz Albaniyasına aid 4 sənəd də vardır. Tədqiqat nəticəsində aşkar olunub, əsərlər X-XX əsrləri, yəni Azərbaycan tarixinin minillik dövrünü əhatə edir. Bundan əlavə, Vatikanın Apostol Kitabxanasında araşdırılmış 400-dən çox qədim əlyazma əsərləri də tədqiqata cəlb olunub. Həmin kitabxanada orta əsr Azərbaycan müəlliflərinə məxsus 60 qədim əlyazma əsəri aşkar edilib. Onların arasında indiyə qədər məlum olmayan orta əsr Azərbaycan müəlliflərinin 9 əsəri var. Bu əsərlərin əksəriyyətinin surətləri Azərbaycana gətirilmək üçün ödənişli qaydada sifariş edilib.


Bütün xəbərlər Facebook səhifəmizdə