"İnsan alveri: mahiyyəti, doğurduğu təhlükə və onunla mübarizə" mövzusunda tədbir keçirilib
İnsan alverinə qarşı QHT koalisiyasının üzvü, "XXI Əsrin Qadınları" İctimai Birliyi Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi ilə birgə "İnsan alveri: mahiyyəti, doğurduğu təhlükə və onunla mübarizə" mövzusunda Bakı Turizm Peşə Məktəbində tədbir keçirib.
SİA-nın qhtxeber.az-a istinadən verdiyi məlumata görə, tədbirdə çıхış edən İnsan alverinə qarşı QHT Koalisiyasının üzvü, "XXI Əsrin Qadınları" İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin ölkədə apardığı uğurlu siyasətin nəticəsində işsizliyin aradan qaldırılması, yeni açılan iş yerləri bu çirkli biznesin - insan alverinin azalmasına gətirib çıxarıb.
O bildirib ki, insan alveri problemi ümumbəşəri problemdir. Bu bəla Azərbaycandan da yan keçməyib. Onun sözlərinə görə, bu alver dünyada silah və narkotik alverindən sonra üçüncü sırada dayanır, belə tədbirlərin zəruriliyini və əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb və bu yöndə daim mübarizə apardıqlarını və insanları bu bəlaya düçar olmamaq üçün əllərindən gələni etdiklərini qeyd edib. O, insan alveri, onun qurbanları, bu alverin doğurduğu fəsadlar, Azərbaycanda insan alverinə qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barəsində məlumat verib. Bildirib ki, bu alverin qurbanları təkcə qadınlar olmur. Qadınlarla yanaşı kişilər və uşaqlar da insan alveri qurbanına çevrilə bilər.
M.Əmirhüseynova həmçinin onu da bildirib ki, хarici ölkələrdən yüksək əmək haqqı ilə iş təklifi aldıqda bunu müхtəlif yollarla araşdırmaq lazımdır. Çünki, insan alverçiləri qurbanlarını bu yolla tora salmağa daha çoх üstünlük verir.
Daha sonra birliyin sədri insan alverinin qurbanına çevrilməyin digər metodu olan xaricdə təhsil almaq imkanı adı ilə məlumatsız şəxslərin bu bəlaya düçar olmasından da danışıb. Ona görə də belə bir təkliflər alındıqda insanların nə etmələri barədə ətraflı məlumat vermiş, onları maraqlandıran suallara aydınlıq gətirib.
Daha sonra Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsindən polis polkovnik-leytenantı Araz Babayev mövzu ilə bağlı ətraflı çıxış edib. Belə ki, 2011-cu ildə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində insan alveri ilə bağlı 69 cinayət faktı qeydə alınmış belə cinayətləri törətdiklərinə görə 97 şəxs cinayət məsuliyyətinə cəlb edilib və insan alverinin qurbanı olan 29 nəfər müəyyən olunub.
Tədbirdə "Satılmış həyat" filimi nümayiş olunub və iştirakçılara bukletlər paylanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB