Polşa Türkiyəni Kiprin Aİ-yə sədlik etməsinə maneə yaratmamağa çağırıb

Polşa Türkiyəni Kiprin Aİ-yə sədlik etməsinə maneə yaratmamağa çağırıb

Polşanın baş naziri Donald Tusk Türkiyə hakimiyyətinin ünvanına kəskin bəyanatla çıxış edib. Tusk keçirdiyi mətbuat konfransında bildirib ki, iyulunun 1-dən Avropa İttifaqına sədrlik Kiprə keçəcək və bu, Türkiyəni narahat etməməlidir: "Dönüşlü olaraq, Aİ-yə sədrlik Kiprə keçir və bu ölkə qurumun üzvü kimi ittifaqa rəhbərlik edəcək".


Baş nazirin sözlərinə görə, Türkiyə bu qərara hörmətli yanaşmalı, Kiprin Aİ-də sədrlik etməsinə maneələr törətməməlidir: "Əks təqdirdə bu, bloku dağıtmaq cəhdi kimi qiymətləndiriləcək".


Tusk Kipr məsələsilə bağlı danışıqların uğurla sona çatacağına da ümid etdiyini bildirib.


Qeyd edək ki, Türkiyənin hakim dairələri dəfələrlə bəyan edib ki, əgər iyulun 1-dək problemlə əlaqədar aparılan danışıqlarda nəticə əldə olunmazsa və Kipr Avropa İttifaqına sədrlik edərsə, rəsmi Ankara Aİ ilə münasibətlərini tam donduracaq.


Xatırladaq ki, yanvar ayında BMT-nin baş katibi Pan Gi Mun Nyu-York şəhərində bölünmüş Kiprin hər iki icmasının rəhbərlərini qəbul etmişdi və ehtimal olunurdu ki, bu, Kipr məsələsinin həllinə kömək edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə