Səlim Müslümov: “Pensiyaçıların 99,4%-nin pensiyası plastik kartlarla ödənilir”
\"2012-ci ilin 1 aprel tarixinə 1 milyon 978 mindən artıq sığortaolunana sosial sığorta nömrəsi verilərək onlar üçün fərdi hesab açılıb ki, bunlardan 12 min 297 nəfəri xarici ölkələrin vətəndaşıdır\". SİA-nın xəbərinə görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması ilə əlaqədar "Sığorta-pensiya sistemi" mövzusunda dəyirmi masada çıxışı zamanı deyib. O bildirib ki, pensiya və müavinətlərin ödənişi avtomatlaşdırılıb: "Hazırda pensiya ödənişi aparılan pensiyaçıların şəhərlərdə 100%-nin, kənd yerlərində 99,0%-nin, ümumilikdə isə 99,4%-nin pensiyasının plastik kartlarla ödənilməsi təmin olunub. Dövlət Sosial Müdafiə Fondunun maddi-texniki bazası tamamilə yenidən qurulub, fondun bütün orqanlarında müasir standartlara cavab verən avtomatlaşdırılmış iş yerləri yaradılıb".
S.Müslümov vurğulayıb ki, son illər ərzində həyata keçirilən ardıcıl sosial müdafiə tədbirləri nəticəsində ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 40 faiz, yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti isə 45 faiz təşkil edib: "Pensiyaçılarımızın 97%-nin pensiya məbləği yoxsulluq həddinin üzərinə çıxıb. Ölkəmizdə 60 yaşdan yuxarı insanların əhalinin strukturundakı payının hər 1 faizinə ÜDM-in 0,53%-i düşür ki, bununla da qeyd olunan sahədə beynəlxalq aləmdə qəbul edilmiş mühüm göstəricilərə nail olunub".Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB