Əli Əhmədov: “Azərbaycanın sosial siyasəti insanların sosial rifahının yüksəlməsinə xidmət edir”
\"Ölkə başçısı İlham Əliyevin "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması ilə əlaqədar sərəncamdan irəli gələn vəzifələr bütövlükdə ölkənin 10 il ərzində inkişafının perspektivlərini müəyyən etməkdən ibarətdir\". SİA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov deyib. O bildirib ki, ayrı-ayrı sahələr üzrə bu konsepsiyanın əsasları müəyyənləşdirilib. Yeni Azərbaycan Partiyası olaraq aparılan işlərin ictimaiyyətə təqdim olunması ilə əlaqədar dəyirmi masalar təşkil olunduğunu deyən Ə.Əhmədov qeyd edib ki, bu müzakirələrdə məsələlər barədə qarşılıqlı fikir mübadiləsi aparılır.
"Azərbaycan vətəndaşları ciddi şəkildə düşündürən, ölkədə həyata keçirilən dövlət siyasətinin əhəmiyyətli hissələrdən biri olan sosisal siyasət, pensiya təminatının konseptual bazasının hazırlanması istiqamətində çox intensiv işlər gedir. Azərbaycanın sosial siyasəti, xüsusilə onun pensiya təminatı ilə əlaqədar olan hissəsi insanların sosial rifahının daha da yüksəlməsi və daha da etibarlı sosial təminat sisteminin yaranmasına xidmət edir", - deyə o əlavə edib.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB