Gənclər və idman naziri Azad Rəhimov 18 aprel tarixində Küveytə səfərə yollanıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, səfər Küveyt Dövlətinin Gənclər və idman üzrə Baş Komitəsinin baş direktoru Feysəl Müsaid Əl-Cəzzafın rəsmi dəvəti səfər çərçivəsində baş tutub.
Səfər çərçivəsində 16 aprel 2010-cu il tarixində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında idman və gənclər sahələrində əməkdaşlıq haqqında" Sazişin müddəalarına uyğun olaraq iki ölkə arasında gənclər və idman sahələrində əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulub. Səfər aprelin 22-dək davam edəcək.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB