Azərbaycan və İsrailin kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları və gələcək perspektivlər müzakirə edilib
Bu gün kənd təsərrüfatı naziri İsmət Abasov İsrail Dövlətinin kənd Təsərrüfatı və kəndin inkişafı naziri Orit Nokedin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirlikdən SİA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan Respublikası və İsrail arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları və gələcək perspektivlər müzakirə edilib.
Nazir İsmət Abasov Orit Nokedi səmimi salamlayaraq ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan iqtisadi inkişafın prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində aqrar sahədə əldə olunan nailiyyətlər və dövlətin aqrar sahəyə göstərdiyi qayğı haqqında ətraflı məlumat verib. Nazir İsmət Abasov qeyd edib ki, 2005-ci ilin 14-17 iyun tarixlərində İsrail Dövlətinin Kənd Təsərrüfatı və Kəndin İnkişafı Nazirliyinin dəvəti ilə Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirliyinin rəhbərliyi ilə nazirliyin məsul işçilərindən, alimlərindən və aqrar sahədə çalışan iş adamlarından ibarət nümayəndə heyəti İsrailin kənd təsərrüfatında əldə edilmiş təcrübə və nailiyyətlərlə tanış olublar.
Nazir iki ölkə arasında kənd təsərrüfatı sahəsində gələcək əməkdaşlığın daha da genişləndirilməsi və yeni əlaqələrin yaradılması məqsədilə 20 fevral 2006-cı ildə Bakı şəhərində Azərbaycan-İsrail Biznes Forumunun keçirildiyini nəzərə çatdırıb. İ.Abasov respublikada əlverişli torpaq-iqlim şəraiti, yüksək ixrac potensialı və xarici investisiya qoyuluşu üçün əlverişli şəraitin mövcudluğunu, yerli iş adamlarının ölkəmizin aqrar iqtisadiyyat sahələrinə sərmayə yatırmaq və yeni texnologiyalar gətirmək niyyətini nəzərə alaraq müxtəlif istiqamətlərdə əməkdaşlıq əlaqələrinin yaradılmasına dair təkliflərini diqqətə çatdırıb.
İsrail Dövlətinin kənd Təsərrüfatı və kəndin inkişafı naziri Orit Noked səmimi qəbula görə öz minnətdarlığını bildirib və aqrar sahədə ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində öz səylərini əsirgəməyəcəyini nəzərə çatdırıb.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB