Bu gün Beynəlxalq Himayədar Qayğı Təşkilatı mətbuat konfransı keçirib. SİA-nın xəbərinə görə, konfransın keçirilməsində əsas məqsəd valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün Himayədar Qayğı Xidmətini Yaratmaqdır. Layihə Avropa İttifaqı, Avstriya İnkişaf Agentliyi və Azərbaycanın təhsil nazirliyinin dəstəyi ilə hazırlanıb artıq üç ildir ki, Təhsil Nazirliyi, Hilfesverk Avstriya Beynəlxalq Təşkilatı və Ümidli Gələcək Gənclər Təşkilatı tərəfindən həyata keçirilib.
Layihənin məqsədi Azərbaycanda 2006-2015 De-İnstitutlaşma və Alternativ Qayğı Proqramını həyata keçirməkdə dövlət və vətəndaş cəmiyyəti təşkilatları arasındakı əməkdaşlığı sürətləndirmək məqsədilə himayədar ailə xidməti, kiçik qrup evi və ailə təlim və konsultasiya mərkəzi hazırlamaqdan ibarətdir.
Tədbirdə çıxış edən ABŞ-ın İllinois ştatındakı Dominikan Universitetinin professorları Mirna Makint və Litisia Villarial Sosa Beynəlxalq Hİmayədar Təşkilatının məsləhətçiləri, dünyada mövcud olan uğurlu metodlardan danışıb və Azərbaycanda bu lahiyənin uğurla həyata keçməsinə töhvə vermək məqsədi ilə qarşılıqlı təcrübələrin həyata keçirilməsinimn vacibliyini vurğulayıblar. Əsas məqsəd isə himayədar ailələr üçün təlim modulları hazırlamaq, bu ailələrin düzgün seçilməsi və uşaqların himayədar ailələrdə yerləşdirilməsi işinə nəzarət edilməsidir.
Mənzər Ərçəqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB