İstanbulda “Azərbaycanlıların soyqırımı və Qarabağ həqiqətləri” adlı elmi konfrans keçirəcək

İstanbulda “Azərbaycanlıların soyqırımı və Qarabağ həqiqətləri” adlı elmi konfrans keçirəcək
Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Avrasiya Strateji Araşdırmalar Mərkəzi ilə birgə Türkiyənin İstanbul şəhərində aprelin 24-də "Azərbaycanlıların soyqırımı və Qarabağ həqiqətləri" adlı elmi konfrans keçirəcək.

SİA-ya təşkilat komitəsindən verilən məlumata görə, konfrans İstanbul Aydın Universitetinin konfrans zalında keçiriləcək. Konfransda 1905-ci ildən bu günə qədər ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımlar və Dağlıq Qarabağın işğalı ilə bağlı tarixi faktlar əsasında geniş məlumat veriləcək. Konfransda "Aərbaycanlıların soyqırımı" haqqında professor, millət vəkili Musa Qasımlı çıxış edəcək. "Dağlıq Qarbağın tarixi və işğalı" ilə bağlı tarix üzrə fəlsəfə doktoru Vasif Qafarov çıxış edəcək.

"Azərbaycanlıların və türklərin birgə diaspora fəaliyyəti" ilə bağlı "Bizim Nəsil" ictimai birliyinin sədri Nurəddin Mehdiyev çıxış edəcək. Türkiyə tərəfindən Avrasiya Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Musa Sərdar Çələbi, İstanbul Aydın Universitetinin müəllimi Professor Doktor Firuz Demir Yaşamış, Erməni Araşdırmalar Mərkəzinin rəhbəri Ömər Engin Lüten, İstanbul Aydın Universitetinin rektoru və digər qonaqlar çıxış edəcək . Tədbirdə azərbaycanlıların soyqırımı ilə bağlı sənədli film nümayiş etdiriləcək və konfrans iştirakçılarına 1918-ci ilin mart qırğınlarını əks etdirən rəsmli kitablar, bukletlər paylanılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə