İqtisadçı ekspert: \"“Eurovision” müsabiqə başa çatdıqdan sonra da ölkəyə kifayət qədər turistlərin gəlməsini stimullaşdıracaq - AÇIQLAMA
"Eurovision" Azərbaycanın turizm sektoruna, müsabiqə başa çatdıqdan sonra da ölkəyə kifayət qədər turistlərin gəlməsini stimullaşdıracaq. Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramlı deyib. "Eurovision" yarışmasından ən çox udan serktorlardan birinin turizm sektoru olduğunu deyən V.Bayramlının fikrincə, bunun üstünlüyü ondan ibarətdir ki, həm dövrlərdə ölkəyə 100-lərlə, 10 000-lərlə turist gələcək. O bildirib ki, bu isə 10 000-lərlə insanın Bakını və ölkənin turizm potensialının kəşf etməsi deməkdir. V.Bayramlı qeyd edib ki, Azərbaycan ötən il "Euvrovison"da qalib gəldikdən sonra internat saytlarda axtarışların aparılması, təkcə Avropada deyil, kənarda yaşaya insanların Bakı və Azərbaycanla bağlı məlumat alması bu ölkənin tanıdılmasına təkan verir.
\"Bu yalnız müsabiqə keçirildiyi dövrdə turizm sektoruna dəstək deyil, həmçinin sonradan olan məsələdir. Ölkəyə gələn turistlər geri qayıtdıqdan sonra digərlərini məlumatlandırır və ya onların özləri Azərbaycana turist kimi qayıdırlar. Artıq ölkənin turizm sektoru tam olaraq beynəlxalq müsabiqəyə hazırlaşır. Müsabiqə dövründə süni qiymət artımının qarşısının alınması ilə bağlı təsirlər həyata keçirilir. Lakin ölkədə aparılan işlər nəticəsində bunların qarşısı alınır. "Eurovision" Azərbaycanın turizm sektoruna müsabiqə başa çatdıqdan sonra kifayət qədər turistlərin ölkəyə gəlməsini stimullaşdıracaq. Bu baxımdan "Eurovision" mədəni tədbir olmaqla yanaşı, həm də iqtisadi hadisədir. Artıq Azərbaycan iqtisadiyyatı "Eurovison" yarışması keçirilməsinin yüksək təsirini hiss etməkdədir və bunun nəticələri müsabiqədən sonra da hiss olunacaq", - deyə V.Bayramlı əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB