Rəşad Məcid: “Mətbuatdan uzaq qeyri-peşəkar insanlar qəzet buraxmamalıdır” - MÜNASİBƏT
Hesab edirəm ki, "Diffamasiya haqqında" qanun layihəsi yaxın illərdə qəbul olunacaq. Bu sözləri SİA-ya açıqlamasında "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid deyib.
Onun sözlərinə görə, "Diffamasiya haqqında"qanun qəbul olunduqan sonra demək olmaz ki, bununla jurnalistlərin və məmurların özbaşınalığına son qoyulacaq: "Amma yenə də hesab edirəm ki, bu onlarda məsuliyyət hissini artıracaq".
Mətbuatda "Qara siyahı"ya düşən xeyli sayda reket qəzetlərin mövcud olduunu deyən Rəşad Məcid deyib ki, mətbuatdan uzaq qeyri-peşəkar insanlar qəzet buraxmamalıdır: "Bununla belə yeni mediada İnternet mediasında təhqir və böhtan xarakterli yazıların yer almasıdır. Bu bir növ həmin jurnalistləri ehtiyyatlı olmağa sövq edir və qanun layihəsinin qəbulundan sonra daha böyük anarxiya, xaos yarada bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB