Aydın Quliyev: “Diffamasiya haqqında” qanunun qəbul olunması ilə həm jurnalist, həm də məmur özbaşınalığına son qoyulacaq”

Aydın Quliyev: “Diffamasiya haqqında” qanunun qəbul olunması ilə həm jurnalist, həm də məmur özbaşınalığına son qoyulacaq”
"Diffamasiya haqqında" qanun layihəsinin hazırlanmasında Azərbaycan hökuməti də müəyyən formalarda iştirak edib. Bunu SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev bildirib. Onun sözlərinə görə, Mətbuat Şurası (MŞ), Qeyri Hökumət Təşkilatı (QHT) və s. olaraq dəfələrlə müzakirələr aparıb qanun layihəsini hazırlayıblar: "Əldə etdiyimiz nəticələri hökumətə təqdim etmişik. Hakimiyyət də öz növbəsində bunu qəbul edib. Bu da onu göstərir ki, hakimiyyət "Diffamasiya haqqında" qanunun qəbul olunmasında çox maraqlıdır".


Baş redaktor hesab edir ki, yalnız maarifləndirici tədbirlərin aparılmasından sonra qanunun qəbul olub-olmaması haqqında fikir söyləmək olar.


A.Quliyevin fikrincə, bu qanunun qəbul olunması üçün ilk növbədə Azərbaycan cəmiyyəti birmənalı şəkildə bilməlidir ki, hər hansı yazıya görə jurnalistin həbs olunması normal qəbul edilməlidir. İkincisi, medianın özündə də müəyyən işlər aparılmalıdır ki, bu qanun qəbul olunduqdan sonra jurnalistlər özlərində daha da böyük məsuliyyət hiss etsinlər. Bir sözlə cəmiyyətin və medianın hazırlanması istiqamətində biz müəyyən işlər görməliyik".


O hesab edir ki, bu qanunun qəbul olunması ilə həm jurnalist, həm də məmur özbaşınalığına son qoyulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə